Suallar

Tez-tez verilən suallar

Həkim, qəbul və daxili xəstəliklər haqqında ən çox verilən suallara qısa cavablar.

Həkim haqqında

Uzm. Dr. Günay Süleymanlı kimdir?

Günay Süleymanlı terapevtdir, daxili xəstəliklər mütəxəssisidir (uzman). Bakıda, Universal Hospitalda çalışır. Azərbaycan Tibb Universitetini bitirib, Türkiyədə Çukurova Universiteti Tibb Fakültəsində daxili xəstəliklər üzrə uzmanlıq təhsili alıb (2020–2024).

«Uzman» nə deməkdir?

«Uzman» Türkiyədə tibbdə ixtisas (uzmanlıq) təhsilini bitirib ixtisas sənədi alan həkimə verilən addır. Dr. Günay Süleymanlı daxili xəstəliklər (İç Hastalıkları) üzrə uzmanlıq təhsilini 2024-cü ildə tezis müdafiəsi ilə tamamlayıb.

Həkim harada təhsil alıb?

Ali tibb təhsilini Azərbaycan Tibb Universitetində alıb (2011–2017, fərqlənmə diplomu). Reanimasiya və intensiv terapiya üzrə rezidenturanı DİN Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında (2017–2020), daxili xəstəliklər üzrə uzmanlıq təhsilini isə Çukurova Universitetində (2020–2024) keçib.

Həkimin anesteziologiya-reanimatologiya təcrübəsi varmı?

Bəli. 2017–2020-ci illərdə reanimasiya və intensiv terapiya üzrə rezidentura keçib və həkim anestezioloq-reanimatoloq kimi çalışıb. Hazırda terapevt kimi fəaliyyət göstərir.

Həkimin elmi işləri varmı?

Bəli. Uzmanlıq tezisi inflamatuvar kas xəstəliklərinə qoşulan bədxassəli şişlərin retrospektiv qiymətləndirilməsinə həsr olunub (Çukurova Universiteti, 2024, YÖK Tez № 909857). Həmçinin konqres tezislərinin həmmüəllifidir.

Həkim hansı dillərdə qəbul edir?

Azərbaycan, türk və rus dillərində.

Qəbul və ünvan

Dr. Günay Süleymanlı harada qəbul edir?

Universal Hospitalda. Ünvan: Bakı, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 196.

Qəbula necə yazılmaq olar?

Qəbul telefonla razılaşdırılır: saytdakı zəng ikonuna toxunun. Həkimin doktorsitesi.az və uzmanhekim.az profillərində onlayn qəbul forması da var. doktorsitesi.az · uzmanhekim.az

Müayinənin qiyməti nə qədərdir?

Müayinə haqqını qəbul telefonu ilə öyrənmək olar. Saytda qiymət göstərilmir.

Qəbula nə götürmək lazımdır?

Əvvəlki analiz və müayinə nəticələrini, istifadə etdiyiniz dərmanların və qida əlavələrinin siyahısını, evdə ölçdüyünüz təzyiq və qan şəkəri qeydlərini.

Analizləri harada vermək olar?

Universal Hospitalın laboratoriyasında və ya başqa laboratoriyada. Hansı analizlərin lazım olduğunu həkim müayinədən sonra müəyyən edir.

Terapevt və xəstəliklər

Terapevtə hansı hallarda müraciət etmək lazımdır?

Səbəbi bilinməyən yorğunluq, təzyiqin yüksəlməsi, qan şəkərinin, xolesterinin və ya qaraciyər fermentlərinin yüksək çıxması, qansızlıq, mədə-bağırsaq şikayətləri, təkrarlanan qızdırma, oynaq ağrıları və bir neçə orqanı əhatə edən şikayətlər olduqda.

Terapevt ilə ailə həkimi arasında fərq nədir?

Ailə həkimi bütün yaş qruplarına ilkin tibbi yardım göstərir. Terapevt isə böyüklərin daxili xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir: mürəkkəb və bir neçə orqanı əhatə edən xəstəliklərin diaqnostikası və uzunmüddətli müalicəsi ilə məşğul olur.

Terapevt dar ixtisaslı həkimə nə vaxt yönləndirir?

Xəstəlik xüsusi müayinə, invaziv prosedur və ya ixtisaslaşmış müalicə tələb etdikdə. Məsələn, endoskopiya üçün qastroenteroloqa, ağır ürək xəstəliyində kardioloqa, onkoloji xəstəlikdə onkoloqa.

Uşaqları qəbul edirmi?

Daxili xəstəliklər mütəxəssisi böyükləri qəbul edir. Uşaqlar üçün pediatra müraciət edin.

Təzyiq dərmanı asılılıq yaradırmı?

Xeyr. Uzun müddət qəbul olunması hipertenziyanın xroniki xəstəlik olması ilə bağlıdır. Dərmanı özbaşına dayandırmaq olmaz.

Halsızlıqda damcı («sistem») etdirmək lazımdırmı?

Həkim göstərişi olmadan yox. Venadaxili müalicənin riskləri var və halsızlığın əsl səbəbini gizlədə bilər.

D vitamini və digər vitaminləri analizsiz içmək olarmı?

Tövsiyə olunmur. Bəzi vitaminlərin artığı da zərərlidir. Ehtiyacı həkim müəyyən edir.

Antibiotiki özbaşına içmək olarmı?

Xeyr. Antibiotik yalnız bakterial infeksiyada və həkim təyinatı ilə istifadə olunur.

Mədəqoruyucu dərmanları uzun müddət içmək zərərlidirmi?

Göstəriş olmadan uzun müddət istifadədə B12 və maqnezium çatışmazlığı, sümük sınığı və bəzi infeksiyalar riski arta bilər. Ehtiyac həkimlə dövri qiymətləndirilməlidir.

Diabetin erkən əlamətləri nədir?

Şiddətli susuzluq, tez-tez və bol sidiyə getmə, artmış iştah. Bəzən də halsızlıq, yorğunluq və arıqlama.

Haşimoto nədir?

Qalxanabənzər vəzin autoimmun iltihabıdır. Zamanla hipotireoza səbəb ola bilər: yorğunluq, çəki artımı, üşümə, saç tökülməsi, qəbizlik.

Mədə ağrısında hansı əlamətlər təhlükəlidir?

Qanlı qusma, qara nəcis, arıqlama, udma çətinliyi, sarılıq, bayılma və uzun sürən şiddətli ağrı.

Uzm. Dr. Günay SüleymanlıTerapevt · daxili xəstəliklər

Xəstəlik, şikayət, analiz və ya mövzu adını yazın.

Uzm. Dr. Günay Süleymanlı

Uzm. Dr. Günay Süleymanlı

Terapevt, daxili xəstəliklər mütəxəssisi

Universal Hospital
Bakı, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 196

Kontaktı telefona yazın